Putin Paşinyanı niyə öz avtomobilinə mindirdi? – Babacanyanın cavabı

Putin Paşinyanı niyə öz avtomobilinə mindirdi? – <span class="qirmizi">Babacanyanın cavabı</span>

Ermənistan Baş naziri Nikol Paşinyanın KTMT-nin sammiti üçün İrəvana gələn Rusiya Prezidenti Vladimir Putinin avtomobilinə minməsi hələ də ölkəsində müzakirə mövusudur.

Buna etiraz edən ermənilər Paşinyanın yox, Putinin Ermənistanın paytaxtına özünü ev sahibi kimi apardığını deyirlər.

Erməni jurnalist Hasmik Babacanyanın isə olayla bağlı fikri belədir:

“KTMT sammiti haqqında çox danışacağıq, amma qapının astanasından başlamaq yaxşı olardı. Vladimir Putin təyyarədən düşür, Nikol Paşinyan onu qarşılayır. Adətən ev sahibi qonağı qarşılayanda onu öz avtomobilində müşayiət edir. Amma Putin Paşinyanı öz avtomobilinə mindirir və özü onu müşayiət edir. Bu nə deməkdir? Deyək ki, Paşinyanın çətir altına alınması təsadüf idi, bəs bu nədir? Belə olan halda sadə vətəndaş nə düşünə bilər?

Məncə, Putin bununla Paşinyanın sahibləri ilə əlaqəsinə mane olub. Bu halda Putinin avtomobilində onlarla ünsiyyət qura bilməyəcəkdi. Bəllidir ki, Paşinyan hər hansı addım atmazdan əvvəl öz sahibləri ilə danışıb razılaşır, bu təbiidir. Bəlkə də Paşinyanın çaşqın olmasının səbəbi bu idi. Etibarsızlıq amili də istisna edilmir.

O ki qaldı çətir hekayəsinə, kim bilmir ki, məğlub ölkə kimin çətiri altındadır?”

Mənbə: teleqraf.com