İranın sünni imamı rejimi tənqid etdi

İranın sünni imamı rejimi tənqid etdi<span class="qirmizi"></span>

Sistan və Bəluçistan əyalətinin Zahidan şəhərinin cümə imamı, sünni məzhəbli Mövləvi Əbdülhəmid növbəti dəfə İran hökumətini tənqid edib.

Axar.az xəbər verir ki, Məkki məscidinin din xadimi İran rejiminin 43 il hakimiyyətdən sonra dalana dirəndiyini bildirib.

İran zindanlarında saxlanılan etirazçılara işgəncə verildiyi və təcavuzə məruz qaldıqları ilə bağlı məlumatlara toxunan cümə imamı etiraz aksiyalarında saxlanılan bütün məhbusların azad edilməsini tələb edib.

Xatırladaq ki, cümə imamı bundan əvvəl hakimiyyətdə olan islahatçıları tənqid edərək, onları həqiqəti xalqdan gizlətməkdə, xalqa sədaqətsizlikdə ittiham edərək, onların heç bir ictimai bazaya sahib olmadıqlarını söyləyib.

Mənbə: axar.az