Avropa Parlamenti ittiham olundu - NİFRƏTƏ GÖRƏ

Avropa Parlamenti ittiham olundu - NİFRƏTƏ GÖRƏ<span class="qirmizi"></span>

Macarıstanın xarici işlər naziri Peter Siyarto Avropa Parlamentini ölkə hökumətinə nifrət etməkdə ittiham edib.

Publika.az xəbər verir ki, o deyib ki, Macarıstan hakimiyyətinə qarşı korrupsiya ittihamları əsassızdır: "Bu iqtisadiyytın artımına ziddir. Avropa Parlamenti Budapeşti maliyyədən məhrum etməyə çağıraraq, sağçı hökumətə nifrət edir”.

“İndi Brüsseldə Macarıstana qarşı siyasi şərhlər var, çünki burada mühafizəkar, xristian-demokratik hökumət 12 ildir hakimiyyətdədir. Üstəlik, biz uğur qazanırıq”, - deyə Peter Siyarto vurğulayıb.

Xarici işlər naziri qeyd edib ki, Avropa Parlamentində çoxluq “siyasi baxımdan bizə nifrət edən” solçu deputatların əlindədir.

 

Aydan

 

Mənbə: publika.az