Çavuşoğludan Zəngəzur dəhlizi AÇIQLAMASI: Cənubi Qafqazın yeni reallıqları... – FOTO

Çavuşoğludan Zəngəzur dəhlizi AÇIQLAMASI: <span class="qirmizi">Cənubi Qafqazın yeni reallıqları... – FOTO</span>

Cari ilin yekunlarına görə, “Orta Nəqliyyat Dəhlizi” ilə yükdaşımaların həcmi 2021-ci ilə nisbətən altı dəfə çox olacaq. Bu şansdan tam yararlanmaq üçün ölkələrimiz üçün ticarət və kommunikasiya qarşısındakı maneələri aradan qaldırmaq vacibdir.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Aktauda Türkiyə, Qazaxıstan və Azərbaycan nəqliyyat və xarici işlər nazirlərinin üçtərəfli görüşünün açılışında deyib.

Türkiyə diplomatiyasının rəhbəri xatırladıb ki, bu gün dünyada ən böyük həcmdə yüklər Asiya ilə Avropa arasında daşınır, “Orta Nəqliyyat Dəhlizi” isə yükdaşımalarda ən qısa və ən sərfəli marşrut olaraq qalır.
Çavuşoğlu son dövrdə geosiyasi proseslərin əhəmiyyətini artıran üç mühüm dünya hadisəsinə diqqət çəkib.
Onun sözlərinə görə, birincisi, malların tədarük zəncirlərində fasilələr yaranır ki, bu da təhlükəsiz və dayanıqlı nəqliyyat əlaqələrinin əhəmiyyətini artırır, bu amili rəqabətin mühüm komponentinə çevirir.
İkincisi, Rusiya-Ukrayna müharibəsi başlayıb, qlobal ərzaq və enerji böhranı yaranıb, üçüncüsü, ABŞ və Çin arasında ziddiyyətlər dərinləşir. Nazir bildirib ki, dünyanın iki ən böyük iqtisadiyyatı bir-birini əvəz edən məhsulların yollarını axtarır.
Çavuşoğlu, həmçinin Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin azad edilməsini xatırladıb və qeyd edib ki, Cənubi Qafqazın yeni reallıqları həm də uzunmüddətli yüklərin daşınması mexanizmlərinə töhfədir.
Türkiyənin xarici işlər naziri son illər Azərbaycanda Qarabağ iqtisadi rayonunu dünya ilə birləşdirən iki yeni beynəlxalq hava limanının - Füzuli və Zəngilans aeroportlarının açılışına diqqət çəkib.
Çavuşoğlu Zəngəzur dəhlizinin Yaxın Şərq və Qafqaz, Asiya və Avropa arasında ticarət üçün strateji əhəmiyyətinə diqqət çəkib.

Mənbə: avropa.info