Putin 7 qadına “Qəhrəman ana” adını verib

Putin 7 qadına “Qəhrəman ana”  adını verib<span class="qirmizi"></span>

Rusiya Prezidenti Vladimir Putin ailə institutunun möhkəmləndirilməsində, analıq əhəmiyyətinin artırılmasında və uşaqların tərbiyəsində xidmətlərinə görə yeddi qadına "Qəhrəman ana" adı verib.

Müvafiq fərman hüquqi informasiya portalında dərc olunub.

"Qəhrəman ana" adına Kabardin-Balkar Respublikasından, Altay diyarından, Orenburq vilayətindən, Volqoqrad vilayətindən, Moskva vilayətindən və Sankt-Peterburqdan olan anaların layiq görüldüyü bildirilib.

Milli.Az

Mənbə: news.milli.az