Paşinyanın NÖVBƏTİ SATQINLIĞI: Deputatları Zelenskinin anti-Rusiya çıxışını ayaqüstə ALQIŞLADILAR

Paşinyanın NÖVBƏTİ SATQINLIĞI: Deputatları Zelenskinin anti-Rusiya çıxışını ayaqüstə ALQIŞLADILAR<span class="qirmizi"></span>

Ermənistan parlamentinin deputatları ATƏT PA-nın sessiyasında Zelenskinin anti-Rusiya çıxışını ayağa qalxaraq alqışlayıblar.

Bu barədə “Past” qəzeti məlumat yayıb. Məlumata görə, noyabrın 24-də Varşavada ATƏT Parlament Assambleyasının payız sessiyası öz işinə başlayıb və burada bir sıra diqqətçəkən məqamlar baş verib.

“Xüsusən də birinci plenar iclasda Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya və şəxsən Rusiya Prezidenti Vladimir Putin haqqında kifayət qədər kobud ifadələr işlədib.

Bundan sonra zalda olanlardan bəziləri ayağa qalxaraq Zelenskinin Rusiya əleyhinə çıxışını alqışlayıblar. Alqışlayanlar arasında Ermənistan nümayəndə heyətinin üzvləri, xüsusən də Paşinyanın “Vətəndaş müqaviləsi” partiyasının deputatları Eduard Ağacanyan, Mariya Karapetyan və Ripsime Qriqoryan da olub.

Mənbələrimizin bildirdiyinə görə, bu, hətta digər ölkələrin bəzi nümayəndələri arasında çaşqınlıq yaradıb. Çünki Ermənistanın Baş naziri Nikol Paşinyan sessiya ərəfəsində şəxsən Vladimir Putinlə görüşüb, onunla eyni maşına minib, onu səmimiyyətlə qarşılayıb. Və cəmi bir gün sonra deputatları yumşaq desək, Zelenskinin kobud qiymətləndirmələrini ayaq üstə alqışlayıblar ”, – deyə qəzet yazır.

Mənbə: konkret.az