Ankara hərbi əməliyyatlar keçirmək üçün icazə almaq fikrində olmadığı bildirib

Ankara hərbi əməliyyatlar keçirmək üçün icazə almaq fikrində olmadığı bildirib<span class="qirmizi"></span>

Türkiyə məqsədi ölkənin milli təhlükəsizliyini təmin etmək olan antiterror əməliyyatları keçirmək üçün icazə istəməyəcək.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın danışıb.

“Türkiyə antiterror əməliyyatları keçirmək üçün icazə istəmək fikrində deyil”, - prezidentin sözçüsü vurğulayıb.

İ.Kalının sözlərinə görə, Ankara öz tərəfdaşları ilə çağırışlar və təhdidlər mövzusunu onların aradan qaldırılması üzrə birgə addımlar atmaq məqsədilə müzakirə etməyə hazırdır və bu olmadıqda problemləri “öz gücü” ilə həll etmək niyyətindədir.

O qeyd edib ki, Türkiyə Ordusunun Suriya və İraqla həmsərhəd ərazilərdəki bütün qərar və hərəkətləri BMT Nizamnaməsinin 51-ci maddəsinə (özünümüdafiə hüququ) əsaslanır:

“Terrorizmlə mübarizənin müasir konsepsiyası təhlükənin toxumunda məhv edilməsini nəzərdə tutur”.

Mənbə: report.az