İrəvan dəhlizə qarşıdır: Bakı bu addımı atacaq

İrəvan dəhlizə qarşıdır: <span class="qirmizi">Bakı bu addımı atacaq </span>

Ermənistan və Azərbaycan arasında sülh sazişi ilin sonuna qədər imzalanmayacaq. Daha vacibi isə odur ki, hərbi əməliyyat təhlükəsi mövcuddur.

Bu sözləri ABŞ-da yaşayan erməni professor Arman Qriqoryan Zəngəzur dəhlizi haqda danışarkən qeyd edib.

“Sülh danışıqlarında irəliləyiş yoxdursa, eskalasiya riski böyükdür. Hər dəfə hansısa məsələ ilə bağlı fikir ayrılığı ortaya çıxanda, Ermənistan tərəfdən qarşıdurma olur, əlbəttə, Azərbaycan isə güc təzyiqinə qaçır. Şayiələr dolaşır ki, sərhəddə gərginlik Zəngəzur dəhlizi ilə bağlıdır – Ermənistan müqavimət göstərir, onlar isə Zəngəzur dəhlizinin açılması ilə Laçın dəhlizinin qorunub saxlanılması arasında bərabərlik işarəsi qoyurlar.

Belə bir şayiə də gəzir ki, Azərbaycan Laçın dəhlizini bağlamaq və Zəngəzur dəhlizi mövzusunda sövdələşməyə başlamaq istəyir. Ermənistanın müqavimətini qırmaq üçün onlar (Azərbaycan – red.) hərbi əməliyyat da keçirə bilərlər ki, İrəvan Bakının tələbini qəbul etsin”, - o bildirib.

Mənbə: axar.az