İran PUA-larının təhlükəsinə dair beynəlxalq konfransın keçirilməsi tələbi... - İsrail narahatdır

İran PUA-larının təhlükəsinə dair beynəlxalq konfransın keçirilməsi tələbi... - İsrail narahatdır<span class="qirmizi"></span>

İran PUA-larının təhlükəsinə dair beynəlxalq konfransın keçirilməsi tələbi... - İsrail narahatdır

İsrail Tehrana təzyiqi artırır: İran silahının Rusiyaya tədarükü barədə kəşfiyyat məlumatları onlarla ölkəyə ötürülüb...

"Oktyabrın 20-də İsrail XİN bütün dünya boyunca İsrail səfirliklərinə gizli teleqramlar və kəşfiyyat məlumatları ötürüb..."

"Bu məsələ Moskvada XİN müavini qarşısında da qaldırılıb..."

Son həftələr ərzində İsrail onlarla ölkələrə və beynəlxalq təşkilatlara İranın Rusiyaya silah tədarükü barədə kəşfiyyat məlumatlarını ötürüb. Bununla yəhudi dövləti İran İslam Respublikasına beynəlxalq təzyiqi artırmaq istəyir.

Moderator.az xəbər verir ki, bu barədə "Walla" portalı İsrailin müdafiə və xarici işlər nazirliklərindəki anonim məmurlara istinadən məlumat yayıb.

Bu, İsrailin Rusiya tərəfindən Ukraynaya qarşı İran silahından istifadə etməsi faktına münasibətinin dəyişilməsini göstərir.

Bundan öncə İsrail bu istiqamətdə aktiv hərəkətlərdən çəkinib, bununla da Moskva ilə münasibətlərdə gərginlik yaratmamağa çalışıb. İndi isə yəhidi dövləti İranın Rusiyaya hərbi yardımına diqqəti artırmaqla Tehrana təzyiqi artırmaq niyyətindədir.

Məqalədə deyilir ki, oktyabrın 20-də İsrail XİN bütün dünya boyunca İsrailin onlarla səfirliklərinə gizli teleqramlar göndərib.

Teleqramlarda diplomatlara İrandan Rusiyaya silah tədarükünə qarşı kampaniyaya başlamaq tövsiyə edilir. Səfirlik işçilərinə xidmət etdikləri ölkə rəhbərlikləri ilə əlaqə yaradaraq, İran PUA-larının tədarükü barədə məsələ qaldırmaq təklif edilir.

İsrail diplomatları yerli hakimiyyət orqanlarının nümayəndələri ilə Kreml tərəfindən İranın ballistik raketlərinin Ukraynaya qarşı mümkün istifadə edilməsini müzakirə etməlidir.

İsrail XİN təkcə bu tövsiyə ilə məhdudlaşmayıb. Bir müddətdən sonra İsrail bu səfirliklərə İran silahının Rusiyaya tədarükü barədə kəşfiyyat məlumatlarını örürüb, burada hər bir tədarükün tarixi, Kremlin iranlılara ödədiyi məbləğ və ötürülən silahların siyahısı olub.

İsrail səfirləri bu məlumatları onlarla dövlətin müvafiq nazirlikləri və siyasi rəhbərliyinin nəzərinə çatdırıb.

Bu mövzu Moskvada da müzakirə edilib. Ötən həftə İsrailin Rusiyadakı səfiri Aleks Ben-Tsvi İran silahının tədarükü məsələsini Rusiya XİN müavini Mixail Boqdanovla görüşündə qaldırıb.

"Walla"-nın məqaləsində deyilir ki, son zamanlar İsrail Moskva və Tehran ilə İranın ballistik raletlərinin Rusiyaya tədarükü üzrə təmaslara xüsusi diqqət yetirib.

Həmçinin məlumat verilir ki, İsrail İran PUA-larının təhlükəsinə həsr edilən beynəlxalq konfransın keçirilməsində maraqlıdır.

İsrail diplomatları bütün dünya boyunca müttəfiqləri ilə danışıqlarda bu mövzunu qaldırmağa başlayıb.

Mənbə: moderator.az