Blinken məhz Nikola çağırış etdi, nəsə düz deyil - Qriqoryan

Blinken məhz Nikola çağırış etdi, nəsə düz deyil - <span class="qirmizi">Qriqoryan</span>

Paşinyanın sülhün “Rusiya variantı” ətrafında Ermənistanın işləməyə hazır olması haqda bəyanatına gəlincə, Azərbaycan Qarabağın statusu məsələsinin artıq bitdiyini elan edib.

Bu sözləri ABŞ-da yaşayan erməni professor Arman Qriqoryan Azərbaycan və Ermənistan arasında sülh danışıqları haqda qeyd edib.

“Rusiya öz variantını (Qarabağın statusu məsələsinin gələcəyə saxlanılması – red.) Azərbaycana qəbul etdirə bilərmi? Ukraynadakı çətinlik fonunda Rusiya Azərbaycanın müqavimətini qırmağa qadirdirmi? Əgər Rusiya Azərbaycanı bu varianta razılaşdıra bilməzsə, mən bilmirəm, Rusiyanın vasitəçilik missiyası və sülh sazişinin Rusiya versiyası necə olacaq”, - o bildirib.

Erməni professor deyib ki, ABŞ Dövlət katibi Entoni Blinkenin Ermənistanın Baş naziri Nikol Paşinyanı Ermənistanla Azərbaycan arasında danışıqların sürətini saxlamağa çağırması narahatlıq doğurur:

“Əgər danışıqlar normal şəkildə getsəydi, o, belə açıqlama verməzdi. Nəsə düz getmir ki, Blinken belə bir ictimai bəyanatla çıxış edir”.

Onun sözlərinə görə, bu məsələdə əsas problem Rusiya və ABŞ arasındakı rəqabətdir:

“Tamamilə mümkündür ki, Blinkenin bəyanatı Paşinyanın Soçidəki üçtərəfli görüşdən sonra verdiyi bəyanata və ya hansısa baş verən proseslərə cavab idi. Hazırda ABŞ-ın əsas narahatlığı odur ki, Ermənistan və Azərbaycan yenidən Rusiya vasitəçiliyinə meyil edə bilər”.

Mənbə: axar.az