İranın anti-Azərbaycan eksperti nəhayət geri çəkildi - FOTO

Bu günə qədər dayanmadan Azərbaycana və onun Prezidentinə qarşı hədyan dolu bəyanatlar verən siyasi təhlilçi Ehsan Movəhhediyan artıq geri çəkildiyini elan edib.

“Azad İran” “Telegram” kanalı məlumat verir ki, o, bu dəqiqələrdə özünün “Tvitter” hesabında bunun üçün bəhanələr sayıb:

“Mənə kənardan yaradılan çoxlu narahatlıqlar, fəaliyyətimin çoxluğu və düşmənlərin sonsuz hakerlik cəhdləri və s. ucbatından hesabımı hələlik xüsusi rejimə keçirdim və fəaliyyətimi azalda yaxud tamamilə dayandıra bilərəm.

Buna görə təəssüf edirəm və üzr istəyirəm.

Amma heç bir dəstəyi olmayan bir insan olaraq mən artıq özümü və ailəmin təhlükəsizliyini riskə ata bilmərəm”.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Şəhid xəbəri gələn kimi Akar təcili Ankaraya qayıtdı

SONRAKI XƏBƏR

Argentina - Meksika oyunundan əvvəl dava düşüb