"Türkiyə Suriyada əməliyyat keçirmək üçün heç kimdən icazə stəmir" - Kalın

"Türkiyə Suriyada əməliyyat keçirmək üçün heç kimdən icazə stəmir" - Kalın<span class="qirmizi"></span>

"Türkiyə terror aktlarına təşkil edənlərə qarşı Suriyada əməliyyat keçirmək üçün heç kimdən icazə istəməyəcək".

Bu barədə şənbə günü Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın məlumat verib.

“Türkiyə ölkənin milli təhlükəsizliyini təmin etmək üçün əməliyyat keçirəcəyi təqdirdə heç kimdən icazə istəməyəcək. Hücum və ya terror aktı da daxil olmaqla təhlükə yarandıqda Türkiyə bütün NATO müttəfiqləri ilə vəziyyəti müzakirə edir. Biz tərəfdaşlarımızdan müştərək addımlar gözləyirik və belə addımlar olmadığı halda, artıq prezident Rəcəb Tayyib Ərdoğanın da bəyan etdiyi kimi, problemi öz gücümüzlə həll etməyə hazırıq”, - deyə o bildirib.

“Terrorizmlə mübarizənin müasir konsepsiyası təhlükəli virusun ilkin aşkar edildiyi zaman məhv edilməsini nəzərdə tutur”,- Ərdoğanın nümayəndəsi bildirib. “Ölkələr ki, onlara qarşı ən kiçik hədə-qorxu ilə, heç düşünmədən, öz sərhədlərindən on minlərlə kilometr uzaqda yerləşən ərazilərə zərbələr endirir, eyni zamanda Ankaranın birbaşa Türkiyə sərhədlərindəki əməliyyatlarından hiddətlənir. Bu cür tənqid yuxarıda qeyd olunan dövlətlərin mövqeyində açıq-aşkar ziddiyyətin olduğunun göstəricisidir”, - deyə o əlavə edib.

Noyabrın 20-də Türkiyə ordusu Suriya və İraqın sərhəd bölgələrində 50-dən çox təyyarə və 20 pilotsuz təyyarənin iştirakı ilə əməliyyat keçirib. Əməliyyat yer və havadan artilleriya dəstəyi ilə təmin edilib.

Zərbələr Türkiyədə terror hadisələri törədən Kürdüstan Fəhlə Partiyası və onun Suriya qolu olan Xalq Özünümüdafiə Qüvvələrinin gizləndikləri məkanlar endirilib.

R.T.Ərdoğan bu həftənin əvvəlində Suriyanın şimalında bir neçə bölgədə quru əməliyyatı keçirməyi planlaşdırdığını açıqlayıb.

Qadir

Mənbə: www.bizimyol.info