Ukrayna bu ölkələrlə bəyanat imzaladı

Ukrayna bu ölkələrlə bəyanat imzaladı<span class="qirmizi"></span>

Ukrayna, Polşa və Litvanın baş nazirləri Ukraynaya gələcək dəstək və beynəlxalq hüquqi nizama dair birgə bəyanat imzalayıblar.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.

“Lublin üçbucağı” 2020-ci ilin iyulunda Polşanın Lyublin şəhərində Ukrayna, Polşa və Litva arasında siyasi, iqtisadi və sosial əməkdaşlıq üçün yaradılıb.

Alyansın əsas məqsədi ölkələr arasında dialoqu gücləndirmək, Ukraynanın AB-ə inteqrasiyasını dəstəkləməkdir.

Mənbə: axar.az