Xameneyinin qardaşı qızı dünyanı İranla əlaqələri kəsməyə çağırdı

Xameneyinin qardaşı qızı dünyanı İranla əlaqələri kəsməyə çağırdı<span class="qirmizi"></span>

İranın ali dini lideri Ayətullah Əli Xameneinin qardaşı qızı, insan haqları müdafiəçisi Fəridə Moradxani etiraz aksiyalarının dağıdılması səbəbindən xarici hökumətləri İslam Respublikası ilə bütün əlaqələri kəsməyə çağırıb.

Bizim.Media “Reuters” agentliyinə istinadən xəbər verir ki, Moradxaninin müraciətinin videosu noyabrın 23-də fəallar onun həbsi barədə məlumat verdikdən sonra internetin İran seqmentində yayılmağa başlayıb.

“Ey azad insanlar, bizimlə olun və hökumətlərinizə deyin ki, bu qatil və uşaq öldürən rejimə dəstəyi dayandırsınlar. Bu rejim heç bir dini prinsipinə sadiq deyil və gücdən və hakimiyyətdə qalmaqdan başqa heç bir qayda bilmir”, – Xameneinin qardaşı qızı videoda bildirib.

Fəridənin həbsi barədə Fransada yaşayan qardaşı Mahmud məlumat verib. Onun sözlərinə görə, məhkəmənin qərarı ilə o, Tehran prokurorluğuna gəlib və orada həbs edilib.

Bu ilin əvvəlində Fəridə artıq İran Kəşfiyyat Nazirliyi tərəfindən həbs edilib, lakin sonradan zaminə buraxılıb.

BMT İranda etiraz aksiyaları zamanı azı 40 uşaq olmaqla 300-dən çox insanın öldüyünü təsdiqləyib. Təşkilatın məlumatına görə, 15 minə yaxın etirazçı həbs edilib.

Mənbə: bizim.media