İngilis səfir: "Ay lələ! Hamınızın qadasın alım" - anlamlı paylaşım - FOTOLAR

İngilis səfir: "Ay lələ! Hamınızın qadasın alım" - anlamlı paylaşım - <span class="qirmizi">FOTOLAR</span>

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld özünün "Twitter" səhifəsində maraqlı və anlamlı paylaşım edib.

Səfir Gəncə səfəri ilə əlaqədar fotoların müşayiəti ilə iki "Twitter" statusu ilə çıxış edib. Paylaşımların hər ikisi Azərbaycan türkcəsində və Gəncə ləhcəsindədir.

İlk paylaşımında səfir yazır: “Ay lələ! İlk dəfə Gəncəyə gələndə Azərbaycana yeni gələn tələbə idim. İndi mən Britaniya səfiri və Azərbaycanın dostu kimi qayıdıram”.

fffry2200.jpg (87 KB)

İkinci paylaşımında isə İngiltərə səfiri orijinal bir mətn yazıb: "Hamınızın qadasın alım. Baxın kiminlə görüşdüm! Azərbaycanlı ailəm və müəllimlərim. Onların sayəsində mən Azərbaycan dilini öyrəndim və sevdim".

Məsələnin diqqətçəkici məqamı bundadır ki, cənab səfir "Twitter" dəki hesabında əksər statusları, paylaşım və mesajları Azərbaycan türkcəsində yazır. Bu da onun azərbaycanlı izləyiciləri tərəfindən təqdirlə qarşılanır.

 

Musavat.com

dd44emnh.jpg (81 KB)

Mənbə: www.musavat.com