Ərdoğan kabineti TOPLAYIR: gündəmdə nələr var?

Ərdoğan kabineti TOPLAYIR: gündəmdə nələr var?<span class="qirmizi"></span>

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Beştəpədə Nazirlər Kabinetinin sıx proqramla iclası keçiriləcək.

Bu barədə "TRT Haber" məlumat yayıb.

Toplantıda "Pençe Kılıç" hava əməliyyatı və ola biləcək quru əməliyyatı qiymətləndiriləcək.

EYT reqlamenti ilə müqaviləli şəxslər üçün kadr işinin də müzakirə ediləcəyi gözlənilir.

Terrorla mübarizə, iş həyatı qaydaları, hicab üçün konstitusiya dəyişikliyi təklifi, iqtisadiyyat...

Gündəmin ilk mövzusu terrorla mübarizə olacaq.

"Pençe Kılıç" hava əməliyyatı davam edərkən prezident Ərdoğan quru əməliyyatına işarə edib.

Toplantıda bölgədəki son vəziyyət və əməliyyatla bağlı yol xəritəsi qiymətləndiriləcək.

 

Mənbə: publika.az