Ukraynanın nüvə yanacağı ehtiyatı bu tarixədək kifayət edəcək

Ukraynanın nüvə yanacağı ehtiyatı bu tarixədək kifayət edəcək<span class="qirmizi"></span>

Ukraynanın 2 ilə kifayət edəcək nüvə yanacağı ehtiyatı var.

APA-nın UNİAN-a istinadla xəbərinə görə, bunu Ukraynanın “Enerqoatom” şirkətinin rəhbəri Pyotr Kotin bildirib.

Kotin bildirib ki, Ukrayna özü nüvə yanacağı hazırlamağı planlaşdırır. Bunun üçün ABŞ şirkətləri ilə danışıq aparılır.

Qeyd edək ki, münaqişə başlayandan Ukrayna Rusiyadan nüvə yanacağı almaqdan imtina edib.

Mənbə: lent.az