ŞOK İDDİA: Makron Paşinyanın əli ilə Putindən QİSAS ALACAQ

ŞOK İDDİA: Makron Paşinyanın əli ilə Putindən <span class="qirmizi">QİSAS ALACAQ</span>

Fransa prezidenti Emmanuel Makron Rusiya ordusunun Mali və Mərkəzi Afrika Respublikasından (CAR) fransız əsgərlərini sıxışdırdığına görə Vladimir Putindən qisas almağı planlaşdırır.

Publika.az xəbər verir ki, bunu Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Sergey Markov deyib.

"Makron Mali, Mərkəzi Afrika Respublikası və Burkina-Faso üçün Vladimir Putindən qisas almaq istəyir. Çünki Rusiyaoradan Vaqner PMC-lərin köməyi ilə fransız qoşunlarını çıxarıb. Fransa prezidenti buna cavab olaraq Rusiya hərbçilərini Ermənistandan sıxışdırıb çıxarmağı düşünür" - Markov bildirib.

Markovun sözlərinə görə, Makron Ermənistanın baş naziri Nikol Paşinyandan istifadə edərək KTMT-də böhran yaratmağa çalışır.

 

O qeyd edib ki, əgər Rusiya KTMT üzvü kimi Azərbaycana qarşı Ermənistanın tərəfində vuruşmaq istəmirsə, bu, Paşinyanın istədiyi kimi “Qərbə” getməsi üçün yaxşı səbəbdir.

Mənbə: publika.az