"Kiyev ABŞ və Aİ dəstəyini itirmək riski ilə üzləşir" - KİV

"Kiyev ABŞ və Aİ dəstəyini itirmək riski ilə üzləşir" - KİV<span class="qirmizi"></span>

Kiyev Qərbdəki problemlərə görə ABŞ və Aİ dəstəyini itirmək riski ilə üzləşir.

"Unikal" xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

KİV hesab edir ki, Avropaya nəhəng humanitar və miqrasiya böhranı yaxınlaşır və bu, hər bir Aİ ölkəsinə meydan oxuyacaq. Artıq Avropanın bir çox şəhərlərində insanlar Rusiya əleyhinə sanksiyalara etiraz edirlər. Ukrayna münaqişəsinin gətirdiyi mənfi nəticələrə görə Kiyev dəstəyi itirə bilər.

“Yalnız noyabrdır. Hər kəs üçün ən pis qış hələ qarşıdadır. Kiyevin zədələnmiş dirəkləri, kabelləri və elektrik stansiyalarını nə qədər tez-tez təmir edə biləcəyinə dair məhdudiyyətlər var. Onlar düzəldildikdən sonra raketlər onları parçalayır".

KİV Ukraynaya silah-sursat tədarükü və maliyyə yardımının sürətinin artıq səngidiyini vurğulayıb. Həmçinin, sülh danışıqlarının olmaması Qərb ölkələrinin vətəndaşları arasında apatiyaya səbəb olur.

Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq Ukraynanın dəstəyinin qərblilərə baha başa gəldiyini etiraf edib, lakin bunu zəruri adlandırıb.

Mənbə: www.unikal.org