“Rusiya yenidən təşəbbüsü ələ alır” - Polkovnik Reysner

“Rusiya yenidən təşəbbüsü ələ alır” - Polkovnik Reysner<span class="qirmizi"></span>

Avstriya Müdafiə Nazirliyinin strateqi polkovnik Markus Reysner bildirib ki, Qərb Kiyevə yardımı dayandırarsa, Ukrayna bir neçə həftə ərzində tam qaranlığa qərq olacaq.

Ölkə.Az xəbər verir ki, ZDF-ə müsahibə verən zabitin sözlərinə görə, burada güclü hava hücumundan müdafiə sistemi yerləşdirilməsi zəruridir.

"Qərb Moskvanın imkanlarını lazımi səviyyədə qiymətləndirmirdi. Biz tələsik arxaya gedirik, aydan-aya ölü elan etdiyimiz Rusiya isə indi yenidən təşəbbüsü ələ alır. Bu paradoksal bir vəziyyətdir", - o deyib.

Polkovniki bildirib ki, Rusiya indiyədək strateji səviyyədə sürətini qoruyub saxlaya bilib: "Biz eşitmişik ki, müharibə başlayandan bəri Rusiyanın problemləri var. Söhbət həm də informasiya məkanında müharibədən, təsirdən gedir.

Fakt budur ki, Rusiya indiyədək strateji səviyyədə sürətini qoruyub saxlaya bilib və bu impuls o deməkdir ki, ruslar nə vaxt qərar versələr, Ukraynaya qarşı hücumlar dalğası olacaq”.

Reynserin fikrincə, vəziyyəti dəyişmək üçün silahlanma imkanları kütləvi şəkildə artırılmalıdır: "Əlbəttə ki, vaxtımız tükənir".

Qeyd edək ki, Rusiyanın ölkənin enerji infrastrukturuna silsilə raket zərbələri endirməsindən sonra Ukraynanın əksər əraziləri işıqsız qalıb.

Mənbə: olke.az