Həbslər nazirlərdən yan keçməməlidir - Pənah Hüseyn DTX-nin əməliyyatı haqda

Həbslər nazirlərdən yan keçməməlidir - <span class="qirmizi">Pənah Hüseyn DTX-nin əməliyyatı haqda</span>

“Naxçıvandakı vəziyyət xeyli dərəcədə dəyişikliklər və islahatların aparılmasını tələb edirdi. Azərbaycan ictimaiyyətinin, o cümlədən Naxçıvan əhalisinin müxtəlif nümayəndələri tərəfindən bu kimi fikirlər zaman-zaman səsləndirilirdi. Son dövrlər meydana çıxan faktlar da müəyyən narahatlıqların doğru olduğunu əks etdirir. Bu baxımdan hesab edirəm ki, korrupsiya və belə faktlara qarşı real mübarizə aparılmalıdır. Bu real mübarizə də şübhəsiz ki, ən yüksək, o cümlədən nazir vəzifələrini tutan şəxslərdən də yan keçməməlidir”.

Bu fikirləri açıqlamasında Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn Naxçıvanın maliyyə nazirinin DTX tərəfindən həbs olunması barədə danışarkən deyib.

Partiya sədri bildirib ki, indiyə qədər Azərbaycanda korrupsiya ilə əlaqədar məmurlara qarşı əməliyyatlar aparılsa da, nazirlər bundan kənarda qalıb:

“Hazırda Naxçıvandakı əməliyyatla bağlı istintaq davam etdirilir. Amma Naxçıvanda baş verən hadisələrin fərqli bir müstəvidə cərəyan etməsi də diqqətə alınmalıdır. Burada həm Azərbaycanın təhlükəsizliyi ilə bağlı məsələlər, həm də Naxçıvan geostateji əhəmiyyətə malik bölgə olması amili var. Digər tərəfdən, Azərbaycan Konstitusiyasının bir sıra müddəalarına, o cümlədən Azərbaycanın unitar dövlət olmasına baxmayaraq, Naxçıvanla əlaqədar müəyyən ziddiyyətlərin olması barədə söhbətlər gedirdi. Bu da idarəçilikdəki problemlərin, eləcə də hazırda meydana çıxan bu cür müəyyən qanun pozuntularının səbəblərindən biri idi.

Bu baxımdan bu prosesləri diqqətlə izləyirik. Bir vətəndaş, siyasi partiya sədri olaraq, aparılan əməliyyatları doğru hesab edirəm”.

Mənbə: www.bakupost.az