Rusiya Xersonu atəşə tutmaqda davam edir

Ukrayna qoşunlarının Xersonu azad etməsinə baxmayaraq, Rusiya şəhəri artilleriya atəşinə tutmağa davam edir.

Axar.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, noyabrın 27-də ərazidə 54 atəş hadisəsi qeydə alınıb.

“Şəhər həssasdır, çünki indi Dnepr çayının şərq sahilindən, yeni möhkəmləndirilmiş müdafiə xətlərinin arxasından atəş açan Rusiya artilleriya sistemlərinin əlində qalır. Zərərin çox hissəsi Rusiyanın reaktiv yaylım atəşi sistemlərindən, xüsusi ilə BM-21 Qrad sistemlərindən istifadə etməsinin nəticəsidir”, - məlumatda qeyd edilib.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Maşın qaz xəttinə ÇIRPILDI: Ölən var

SONRAKI XƏBƏR

6 yaşlı Zəhranın anası yardım gözləyir: “Qızımın beldən aşağısı tam deformasiya olub” - FOTO