Qarabağda yeni əməliyyat: Bakının başqa yolu qalmadı

Qarabağda hər keçən gün artan gərginlik Fərrux əməliyyatından öncəki hadisələri xatırladır:

- Rusiya sülhməramlıları təxribat mövqeyindən əl çəkmir: Azərbaycan tərəfinin bütün etirazlarına rəğmən, şəhərlərimizi, həyasızcasına erməni adları ilə qeyd edirlər;
- Separatçı-terrorçu rejim intensiv şəkildə ordumuza qarşı təxribat hücumları törədir: hücumların intensivliyinin hər keçən gün daha da artması, vəziyyətin gərginliyindən xəbər verir;

Rusiya Müdafiə Nazirliyinin şəhərlərimizin adları ilə bağlı təxribatı və separatçıların hücumları eyni planın tərkib hissəsidir.

Birincisi, Moskva bütün vasitələrlə qondarma rejimin terrorçularının mövcudluğunu qorumağa çalışır;
İkincisi, bu gərginliklə Qarabağda yaşayan ermənilərin Bakı ilə təmaslar qurmasının qarşısını alırlar;

Məqsəd sülhməramlılara ehtiyacın artması və Rusiyanın bölgədə qalma müddətinin uzanmasıdır.

Hazırda Qarabağdakı proseslər bu ilin mart ayında Azərbaycan ordusunun həyata keçirdiyi Fərrux əməliyyatına zəmin yaradan səbəblərin analogiyasını təşkil edir. Həmin vaxt da separatçı-terrorçular ordumuza qarşı təxribatları intensivləşdirmişdi. Nəticədə adekvat cavabla susduruldular. İndi də mümkün əməliyyat gözləntisi ön plandadır və istisna deyil ki, bu dəfə separatçılara daha ağır zərbə endiriləcək.

1. Qanunsuz erməni silahlı dəstələrin qurduqları postların ləğv edilməsi istiqamətində addımlar atıla bilər;
2. Nəqliyyat-kommunikasiya yolları nəzarətə götürülə bilər;
3. Separatçıların qaz, elektrik və digər təminatında problemlərin yaranması da mümkün ssenarilərdən biridir;

Baş verənlər, ümumiyyətlə Qarabağda yeni, həm də daha geniş əməliyyatların olması gözləntisini artırır.

Publika.az

ƏVVƏLKİ XƏBƏR

6 yaşlı Zəhranın anası yardım gözləyir: “Qızımın beldən aşağısı tam deformasiya olub” - FOTO

SONRAKI XƏBƏR

“MÜSTƏQİL GÜNEY AZƏRBAYCAN DAVASI...” - ABŞ mətbuatı soydaşlarımızın azadlıq mücadiləsindən yazıb