Rusiyadan qaçanlar əsasən 3 ölkədə məskunlaşıb - İlk sırada Türkiyə gəlir

Əksər iqtisadiyyatların Ukrayna müharibəsinə görə çətinliklər və itkilərlə üzləşdiyi bir vaxtda, az sayda ölkələrin qazancı artıb.

“AzPolitika.info” CNBC kanalına istinadla xəbər verir ki, bu il Gürcüstana azı 112 min rusiyalı mühacirət edib. Bunların təxminən 43 min nəfərdən ibarət ilk dalğası Ukrayna müharibəsi başlananda, ikinci dalğası isə Rusiyada qismən səfərbərlik elan ediləndən sonra gəlib.

Bəzi hesablamalara görə Rusiyadan çıxanların 23.4 faizi Gürcüstana pənah gətirib. Rusiyalı mühacirlərin 24.9 faizi Türkiyənin, 15.1 faizi Ermənistanın və 19 faizi başqa ölkələrin payına düşür.

Məqalədə deyilir ki, bu prosesin nəticəsində Gürcüstanın milli valyutası – larinin məzənnəsi dollara nisbətdə 15 faiz artıb.

Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozuna görə Gürcüstan iqtisadiyaytı 2022-ci ildə gözlənilən 3 faiz əvəzinə 10 faiz artacaq.

BVF bidlirir ki, buna səbəb mühacirətlə bağlı ölkələrə valyuta axının artmasıdır. Hesablamalara görə bu il Türkiyə iqtisadiyyatı 5, Ermənistan iqitisadiyyatı isə 11 faiz artım yaşayacaq.

Gürcüstana valyuta axınının 59.6 faizi və ya beşdə üçü təkcə oktyabrda Rusiyadan gəlib. Bu rəqəmin illik 72,5 faiz olacağı gözlənilir.

Məqalədə deyilir ki, fevral və oktyabr ayları arasında rusiyalılar Gürcüstan hesablarına 1 milyard 412 milyon dollar köçürüblər. Bu rəqəm ötən ilin eyni dövründə 314 milyon dollar idi.

RusiyallılarsentyabradəkGürcüstanda45 minbankhesabı açıblar. Rusiyalıları Gürcüstana cəlb edən bu ölkənin liberal viza siyasətidir.

Türkiyə də Qərbin Rusiyaya qoyduğu sanksiyalara qoşulmayıb.Türkiyə bu il 118 min 626 rusiyalıya məskunlaşma hüququ verib. 2022-ci ildə Türkiyənin daşınmaz mülkiyyət bazarındakı alıcıların beşdə biri rusiyalılar olub. CNBC yazır ki, bu rəqəmlər hətta ekspertləri də təəccübləndirib.

Gürcüstanın paytaxtı Tbilisidə evlərin qiyməti 20 faiz artıb. Ev kiyarəyəsi il ərzində 74 faiz bahalaşıb. Bununla belə Gürcüstanda bəziləri ölkəyə bu qədər rusiyalının axınından narahatdırlar.

Onlar ehtiyat edirlər ki, Moskva bu faktdan istifadə edərək Gürcüstana qarşı daha bir təcavüzə qalxa bilər. Amma hökumət rəsmiləri bundan narahat deyillər. Onlar bildirirlər ki, Rusiyadan gələnlərin əksəriyyəti yeni nəsildən olan liberallardır.

Burası da var ki, həm Gürcüstan Milli Bankı, həm də BVF iqtisadi artımın 2023-cü ildə yavaşıyaraq 5 faizə düşəcəyini proqnozlaşdırırlar.

“AzPolitika.info”

Azpolitika.info

ƏVVƏLKİ XƏBƏR

Mənzil alarkən necə diqqətli olmalıyıq? - ARAŞDIRMA

SONRAKI XƏBƏR

ABŞ İran bayrağını dəyişdirdi - Dünya Çempionatına qadağa çağırışı (FOTO)