Fransada yaşayan azərbaycanlı tədqiqatçıların Ağdama səfəri başlayıb

Fransada yaşayan azərbaycanlı tədqiqatçıların Ağdama səfəri başlayıb<span class="qirmizi"></span>

 

Ağdam, 28 noyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Təbriz əsilli və hazırda Fransada yaşayan azərbaycanlı tədqiqatçıların (İran azərbaycanlılarının insan hüquqları müdafiəçilərinin) Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərinə səfəri başlayıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Fransada yaşayan azərbaycanlı tədqiqatçılar Ermənistan silahlı qüvvələrinin Ağdamda törətdiyi vəhşiliklərlə, eləcə də şəhər işğaldan azad olunandan sonra Azərbaycan dövlətinin həyata keçirdiyi tikinti-quruculuq işləri və Ağdam rayonu ərazisində ANAMA tərəfindən həyata keçirilən minatəmizləmə əməliyyatları ilə tanış olacaqlar.

Mənbə: azertag.az