Bölgədə gərginlik pik həddə - Türk ordusu daşımalara başladı

 

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) noyabrın 19-da başlatdığı “Pəncə-Qılınc” əməliyyatı ilk həftəsini başa vurub. Havadan və qurudan cəza atəşləri davam edir. Türk qüvvələri Suriya və İraqın şimalında PKK/YPG terror təşkilatının hədəflərinə bombalar yağdırır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Sabah” qəzeti yazır.

 

Suriyanın şimalındakı Təl Rifat, Marenaz və Minak bölgələri döyüş təyyarələrindən vurulub. Haubitsalar terrorçuların hədəflərini vurmağa davam edir.

TSQ yeni əməliyyat üçün Suriyanın şimalına hərbi daşımalara başlayıb.

Məlumata görə, Suriyanın şimalında Şəhba mahalı kimi tanınan və 2016-cı ildə terror təşkilatı tərəfindən “Şəhba Kantonu” elan edilən terror hədəfləri TSQ tərəfindən bir-bir məhv edilir. Mənbiç, Taşrin, Arima və Təl Rıfat bölgələrinin daxil olduğu bölgə 7 ilə yaxındır ki, terror təşkilatının işğalı altındadır.

PKK/YPG Fərat çayının şərq və qərbindəki “kantonlar”ı birləşdirmək və Türkiyə sərhədi boyu “terror dəhlizi” yaratmaq üçün Şəhbada yüzlərlə kəndi əlində saxlayır.

Suriya Milli Ordusu (SMO) sərhədin sıfır nöqtəsində tikilmiş hərbi bazalara nəzarət edir. Zaman-zaman SMO döyüşçüləri ilə PKK/YPG terrorçuları arasında toqquşmalar baş verir.

SMO Şəhbanı terror təşkilatından təmizləmək üçün quru əməliyyatına hazırlaşır. PKK/YPG-nin Hələbin şimalındakı varlığı Şəhba terror təşkilatından təmizləndikdən sonra sona çatacaq. Terror təşkilatı Fərat çayının şərqində sıxışdırılacaq.

Türkiyə müdafiə naziri Hulusi Akar bütün gecəni Quru Qoşunları Komandanlığının Əməliyyat Mərkəzində işlədikdən sonra səhər saatlarında Hakkari sərhəd xəttinə yola düşüb.

 

Teleqraf.com

ƏVVƏLKİ XƏBƏR

ABŞ İran bayrağını dəyişdirdi - Dünya Çempionatına qadağa çağırışı (FOTO)

SONRAKI XƏBƏR

Damian Krneviç: “Bakı limanının inkişafı Azərbaycana, Avropa və Asiya ölkələrinə faydalı olacaq”