Mexikoda prezident tərəfdarlarının yürüşünə bir milyondan çox insan qatılıb

 

Bakı, 28 noyabr, AZƏRTAC

Bazar günü Prezident Andres Manuel Lopes Obradorun tərəfdarlarının Meksika paytaxtında keçirdiyi nümayişdə 1,2 milyondan çox insan iştirak edib.

AZƏRTAC xəbər verir ki, bu barədə paytaxt Mexikonun meri Klaudiya Şeynbaum özünün “Twitter” hesabında yazıb.

Nümayişçilər bir neçə magistral yolu və dövlət başçısının sıxış etdiyi “Sokalo” mərkəzi meydanını doldurub.

Tədbirdə çıxış edən Meksika Prezidenti hökumətin əldə etdiyi uğurlardan - minimum əmək haqqının artırılmasından, koronavirus pandemiyasının iqtisadi nəticələrinin aradan qaldırılmasından, sosial proqramların hazırlanmasından və cinayətlərin azalmasından danışıb.

Müxalifət nümayəndələri isə öz növbəsində hakimiyyətin kütləvi tədbirlər vasitəsilə hələ də həll edilməyən problemlərdən diqqəti yayındırmağa çalışdığını bildirib.

Ölkədə oktyabr ayında keçirilən ictimai rəy sorğusunun nəticələrinə əsasən, 129 milyon meksikalının təxminən 56 faizi hakimiyyətin fəaliyyətini qənaətbəxş hesab edir.

 

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Kim Çen In qızı və nüvə raketi ilə gələcək nəsillərə mesaj göndərdi - FOTO

SONRAKI XƏBƏR

"İstənilən zaman neft gəlirləri kəskin azala bilər" - Deputat