Lukaşenko şokda: Belarus naziri Rusiya kəşfiyyatı öldürüb?

Aleksandr Lukaşenkonun ən yaxın silahdaşlarından olan Belarusun Xarici İşlər naziri Vladimir Makeyin ölümü zəhərlənmə nəticəsində baş verib.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Tvitterdə yəhudi əsilli rusiyalı iş adamı, Putin rejiminin qatı düşməni Leonid Nevzlin bildirib.

Fotoda: Vladimir Makey

"Belarusun xarici işlər naziri Vladimir Makey FTX-nin xüsusi laboratoriyasında hazırlanmış zəhərlə öldürülüb", - iş adamı yazıb. İş adamı ona bu barədə Rusiya xüsusi xidmət orqanlarına yaxın mənbədən məlumat verildiyini bildirib.

“Belə hallarda klinik mənzərə infarkt, insult və ya ürək çatışmazlığından ölümə uyğundur. İnsanı bu cür zəhərləmək çox asandır. Həm də bu halda hamı onun təbii səbəblərdən öldüyünü düşünür. Bunun üçün sadəcə orqanizmdə insanın kirpiklərini qırpmasından tutmuş nəfəs almasına qədər bütün prosesləri istisnasız təmin edən fermentlərin tarazlığını pozmaq kifayətdir. Rusiya toksikoloqları belə deyir", - Nevzlin bildirib.

Onun sözlərinə görə, Lukaşenkoya yaxın olan Makeyin ölümü Belarus rəhbərliyində təşviş yaradıb.

“Ən çox diktator Lukaşenko şokdadır. O, aşpazlarının, qulluqçularının və mühafizəçilərinin dəyişdirilməsini əmr edib. Lukaşenkonun uşaqları əlavə mühafizə ilə təmin olunub. Diktator heç kimə güvənmir. Bu da səbəbsiz deyil. Çünki, o, Makeydən sonra özü üçün də möhtəşəm bir dəfn təşkil edilə biləcəyinə inanır", - deyə iş adamı yazıb.

O, hesab edir ki, Rusiya xüsusi xidmət orqanları Lukaşenkoya təzyiq göstərmək və onu Ukraynaya qarşı müharibəyə qoşulmağa məcbur etmək üçün Makeyi zəhərləyib.

Fotoda: Leonid Nevzlin

Bakipost.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycan xarici siyasətində yeni istiqamət - İrredentizm

SONRAKI XƏBƏR

Kim Çen In qızı və nüvə raketi ilə gələcək nəsillərə mesaj göndərdi - FOTO