Kiyev: Ruslar Zaporojye AES-i tərk edəcəklər

Kiyev: Ruslar Zaporojye AES-i tərk edəcəklər<span class="qirmizi"></span>

Ruslar Zaporojye atom elektrik stansiyasını əllərində saxlaya bilməyəcəklər.

Avropa.info bildirir ki, bu barədə bazar ertəsi, noyabrın 28-də Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak məlumat verib.
Onun sözləri Ukraynanın “Energoatom” Atom Enerjisi İstehsalçı Milli Şirkətinin Telegram-dakı səhifəsində yer alıb.
"Onlar Zaporojye AES-i tərk edəcəklər, çünki onların müdafiə xətti tədricən Rusiya Federasiyasının sərhədlərinə doğru irəliləyir", - Podolyak əmindir.

Mənbə: avropa.info