Güneyli siyasətçilər ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTO

Güneyli siyasətçilər ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTO<span class="qirmizi"></span>

 

Güney Azərbaycan Müvəqqəti Milli Məclisinin Təşkilat Komitəsinin üzvləri Bakıda səfərdədirlər.

Bu barədə Güney Azərbaycan Milli Oyanış Hərəkatının nümayəndəsi Elyar Türker öz “Twitter” səhifəsində məlumat verib.

O qeyd edib ki, Təşkilat Komitəsinin üzvləri səfərlərinin ilk günü müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin, görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın, Seyid Cəfər Pişəvərinin və Şəhidlər xiyabanında uyuyan şəhidlərimizin məzarlarını ziyarət ediblər.Güney Azerbaycan Geçici Milli Meclisi'nin Teşkilat Komitesi Üyeleri, protokol ziyaretleri yapmak ve görüşmelerde bulunmak için Bakü'de.
Görüşmelerin ilk gününde rahmetlik Cumhurbaşkanı Haydar Aliyev, Zarife Hanım ve Cafer Pişevari'nin mezarları ile Şehitler Anıtı ziyaret edildi.

Mənbə: www.oxu.az