Sülhməramlılar getməsə, sülh olmayacaq - Verdyan

Sülhməramlılar getməsə, sülh olmayacaq - Verdyan<span class="qirmizi"></span>

Mənə elə gəlir ki, sülh müqaviləsinin imzalanması hansısa yolla 2025-ci ilə, yəni Rusiya sülhməramlı kontingentinin Qarabağda qalma müddəti bitənə qədər uzadılacaq.

Axar.az xəbər verir ki, bunu erməni bloger İşxan Verdyan Oxu.az-a geniş müsahibəsində deyib.

“Söhbət ondan gedir ki, sülh sazişi və Rusiyanın sülhməramlı kontingenti bir-biri ilə orqanik bağlıdır və onların bu əlaqəsi bir-birini inkar edir. Nə qədər gülünc səslənsə də, burada yalnız bir variant mümkündür - ya sülh, ya da sülhməramlılar. Söhbət ondan gedir ki, sülhməramlı kontingentin mövcudluğu Ermənistanın gözündə qondarma “Qarabağ hakimiyyəti”nə subyektivlik qatır və hələlik Ermənistan bu xəyali subyektlə hesablaşmaya bilməz. Hesab edirəm ki, Rusiyanın regiondakı maraqları həlledici əhəmiyyət kəsb etməkdə davam edir və Rusiya özü də müxtəlif natiqlər vasitəsilə öz qoşunlarının Qarabağda olmasında maraqlı olduğunu bəyan edib. Buna görə də Rusiya sülhməramlı kontingentini yan keçən sülh sazişinin konfiqurasiyasını təsəvvür etmək mənim üçün çətindir”, - Verdyan bildirib.

Mənbə: axar.az