150 KM MƏNZİLİ OLAN YENİ SİLAH – ABŞ bu raketi Ukraynaya nə vaxt verəcək?

ABŞ Müdafiə Nazirliyi “Boeing”-in təklifi əsasında, Ukraynaya 150 kilometr mənzili olan raketlər göndərməyi nəzərdən keçirir.

“AzPolitika.info” xarici KİV-ə istinadala xəbər verir ki, yerdən atılan kiçik çaplı bomba (GLSDB) adlandırılan sursatların ən tez 2023-cü ilin yazında Ukraynaya təhvil veriləcəyi bildirilir.

Qeyd olunur ki, GLSDB - ABŞ avadanlıqlarıyla təchiz olunan, M26 raket mühərrikinə quraşdırılmış kiçik diametrli bombadan ibarətdir.

Xəbərə görə, təxminən 150 km mənzilə malik olan GLSDB sursatı, Ukraynaya Rusiyanın arxa cəbhəsindəki silah-sursat anbarlarına və qərargahlarına zərbələr endirməyə və təchizat xətlərini sıradan çıxarmağa imkan verəcək.

“AzPolitika.info”

Azpolitika.info

ƏVVƏLKİ XƏBƏR

Talehin qisməti xəyanət imiş?

SONRAKI XƏBƏR

İran millisinin heyətində yer alan azərbaycanlı futbolçular