Ərdoğanın həmləsi çaşqınlıq yaratdı - “Bizə xəyanət edirlər?”

Ərdoğanın həmləsi çaşqınlıq yaratdı - “Bizə xəyanət edirlər?”<span class="qirmizi"></span>

 

Türkiyənin ötən həftələrdə Liviya ilə imzaladığı enerji sazişi başda Yunanıstan olmaqla Avropa İttifaqının (Aİ) kəskin reaksiyasına səbəb olub. Qərb dövlətləri razılaşmanın etibarsızlığına işarə etsə də, Türkiyə və Liviya sözügedən sazişlə bağlı qərarlılığını qoruyur.

Teleqraf.com xəbər verir ki, Liviyadan sonra bu dəfə Yunanıstanın gündəmini Prezident Rəcəb Tayyib Ərdoğanın Misirlə bağlı diplomatik addımı zəbt etməyə başladı.

Yunan nəşrləri bu durumu “Türkiyə Misirdə yeni bir başlanğıc edir” kimi şərh edirlər.

Artıq gözlə görülməyə başlayan yaxınlaşmanı həzm edə bilməyən Afina Prezident Ərdoğanla həmkarı Əbdülfəttah əs-Sisinin görüşməsinin ertəsi günü xarici işlər naziri Nikos Dendiasın başçılıq etdiyi nümayəndə heyətini Qahirəyə göndərib.

Yunanıstanın “Ta Nea” qəzeti Sisi və Ərdoğanın əl sıxmasının mühüm gəlişməyə yol açdığını yazaraq, “Misir Yunanıstana xəyanət edə bilərmi?” sualını verib.

Yunan nəşri onu da bildirib ki, Türkiyə ilə Misir arasındakı münasibətlər əbədi olaraq “donmuş” qala bilməzdi: “Gec-tez hər iki ölkə geosiyasi və iqtisadi baxımdan bir addım atacaqdı”.

Məqalənin davamında Afinanın Liviyada qurulan beynəlxalq masada səsini itirməmək üçün ehtiyac duyduğu dəstəkçini Qahirədə tapdığı, amma hələ də prosesdən kənarda qaldığı vurğulanıb.

Yunan ekspertlər qəzetə Ankara ilə Afina arasında əlaqələrin tam qırılmadığını da deyiblər. Həmin ekspertlərin fikrincə, Yunanıstan Türkiyə ilə münasibətlərin sabitləşdirilməsi istiqamətində yaxşı irəliləyir.

Mənbə: teleqraf.com