Gələn ilin mayında Heydər Əliyev Mükafatının təqdimat mərasimi keçiriləcək

Gələn ilin may ayında Heydər Əliyev Mükafatının təqdimat mərasimi keçiriləcək.

"Report" xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planında öz əksini tapıb.

Təqdimat mərasiminin keçirilməsi üçün Azərbaycan Heydər Əliyev Mükafatı Komissiyası və Prezident Administrasiyası icraçı qurum kimi müəyyən edilib.

Report.az

ƏVVƏLKİ XƏBƏR

"Ermənistan İranın proqramından kənarda qala bilər" - Artur Avetisyan

SONRAKI XƏBƏR

Aybəniz Haşımovadan səhhəti ilə bağlı AÇIQLAMA