"650 min dollara şam ağacı quraşdırınca əsgərə geyim alardınız" - Kazaryan

"650 min dollara şam ağacı quraşdırınca əsgərə geyim alardınız" -  Kazaryan<span class="qirmizi"></span>

Ermənistanın paytaxtı İrəvan yeni ilə bayramına hazırlaşır. İkinci Qarabağ müharibəsindən sonra İrəvan meriyasının küçələrə, yeni il bayramı hazırlıqlarına əlavə xərclər ayırması erməni cəmiyyətinin hiddətinə səbəb olub. Hazırda meriya İrəvan küçə və meydanlarının yeni il bayramına dair aksesuarlarla bəzədilməsinə, şam ağaclarının quraşdırılmasına, bəzək əşyalarının alınmasına artıq azı 650 min dollar xərcləyib.

Ermənistanın Polşadakı keçmiş səfiri, Konstitusiya Məhkəməsi aparatının keçmiş rəhbəri Edqar Kazaryan “Ayeli” klubunda keçirdiyi mətbuat konfransında bu məsələyə toxunaraq ölkə rəhbərliyini sərt şəkildə tənqid edib. O qeyd edib ki, satınalma prosedurlarında şübhəli məqamlar çoxdur, məlum məsələlərlə bağlı heç tender də elan etməyiblər.

"Birbaşa korrupsiya riski var və kimə pul vermək istəyirlərsə, ona da verirlər. Əsgərlərin təhlükəsizliyi, müdafiəsi üçün 650 min dollarl nə qədər işlər görmək, təhlükəsizlik jiletləri, əşyalar almaq olardı. Əsgərlərimiz sərhəddə müdafiəsiz, silahsız qalıblar. Amma hökumətin bütün küçələri, divarları işıqlarla yanır, fənərlər asılır... Üstəlik, bu yayılan rəqəm hələ xərclənən məbləğdir. İşlər hələ də davam edir".

Tural Tağıyev

Mənbə: azvision.az