Saakaşvili məhkəməyə əlil arabasında aparılacaq" - Vəkil

Saakaşvili məhkəməyə əlil arabasında aparılacaq" - Vəkil<span class="qirmizi"></span>

Gürcüstanın həbsdə olan keçmiş prezidenti Mixail Saakaşvilinin tibbi müayinəsi zamanı onun orqanizmində arsen maddəsi aşkarlanıb.

"Unikal" xəbər verir ki, bu barədə noyabrın 28-də eks-prezidentin vəkili Şalva Xaçapuridze məlumat verib.

"Məlum oldu ki, tədqiqatlar nəticəsində Mixail Saakaşvilinin bədənində yeni maddə – arsen aşkar edilib", – Xaçapuridze bildirib.

Onun sözlərinə görə, Saakaşvili bazar ertəsi keçiriləcək növbəti məhkəmə iclası üçün zala xüsusi əlil arabasında gətiriləcək: "O, artıq müstəqil hərəkət edə bilmir".

Ağarza Elçinoğlu

Mənbə: www.unikal.org