Rusiya hərbi gücünü cəmləyir: Yeni hücumlar gözlənilir - VİDEO

 

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, Kiyevdə kommunal xidmətlərlə bağlı problemlər tədricən aradan qaldırılır.

“Buna baxmayaraq, bütün Ukrayna üzrə yenidən raket hücumunun gözlənilməsi ilə əlaqədar ciddi xəbərdarlıq var. Hətta ötən axşam Ukrayna Prezidenti Volodimir Zelenski də əhaliyə bununla bağlı müraciət etdi”, - deyə jurnalist qeyd edib.

O da bildirilib ki, son günlər Rusiya ordusu hərbi gücünü əsasən Donetsk və Zaporojye istiqamətində cəmləyir, genişmiqyaslı hücum gözlənilir.

 

 

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

"POS-terminal təqdim olunmursa, şikayət edin" - Azər Badamov

SONRAKI XƏBƏR

Çinarə 2023-də ana olmaq istəyir