Şəmkirdə 28 yaşlı kişini elektrik cərəyanı vurub

Şəmkirdə 28 yaşlı kişini elektrik cərəyanı vurub<span class="qirmizi"></span>

Şəmkir rayon sakini 1994-cü il təvəllüdlü N.Aslanovu elektrik cərəyanı vurub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə onun yaşadığı evdə təmir işləri görən zaman ehtiyatsızlıqdan baş verib.

N.Aslanov xəsarət alıb və xəstəxanaya çatdırılıb, vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: report.az