Yeni kraliçadan qərar - Britaniya taxtının çoxəsrlik ənənəsinə son qoydu

 

Kraliça II Elizabetin ölümü ilə Böyük Britaniya Krallığında başlayan yeniliklər davam edir. Anasının ölümü ilə taxta çıxan Kral Çarlzın xanımı Kamilla kraliça olduqdan sonra verdiyi qərarlarla gündəmdədir.

Teleqraf.com xəbər verir ki, Kraliça Kamilla Britaniyanın kral sarayındakı çoxəsrlik ənənə ilə bağlı yeni qərarını açıqlayıb.

Kamilla hər gün kraliçanı müşayiət edən və ona məsləhət verən “Kraliçanın gəlinləri” kimi tanınan qadın köməkçilərinin adlarını açıqlayıb.

Kamilla əsrlər boyu davam edən “Kraliçanın gəlinləri” adını dəyişdirərək “Kraliçanın yoldaşları” adlandırıb. Kamilla bununla Bukingem Sarayındakı ənənəni pozub.

Kraliçanı müşayiət edəcək şəxslərin Sara Troton, Ceyn von Vestenholz, Fiona Şelbern, ledi Ketrin Bruk, baronessa Karlin Çisholm və Kamillanın ən yaxın rəfiqəsi ledi Sara Kesvik olduğu açıqlanıb.

Sara Kesvik “yeni yoldaşlar” arasında ən diqqətçəkən isimdir. “Arsenal” futbol klubunun keçmiş prezidenti Çips Kesviklə evli olan Saranın Kamilla ilə dostluğu hər kəsə bəllidir.

Kral sarayında yoldaş, məsləhətçi və katib rollarını oynayan “gəlinlər” mərhum Kraliça II Elizabet və bacısı Şahzadə Marqareti rəsmi səfərlərdə və xarici turlarda müşayiət edərək kral ailəsində mühüm rol oynayıblar.

Kraliça Kamillanın xidmətçilərinin vəzifələrinin qeyri-rəsmi olacağı və “gəlinlər”dən fərqli olaraq, məktublara cavab vermək və ya proqramların planlaşdırılması kimi işlərdə yer almayacaqlar.

“Yoldaşlar”ın da simvolik maaş alacaqları bildirilib.

Teleqraf.com

ƏVVƏLKİ XƏBƏR

Ağstafanın bu kəndlərində su təminatının yaxşılaşdırılmasına 2,4 milyon manat – XƏRCLƏNƏCƏK

SONRAKI XƏBƏR

"Forex Club"un təsisçisi Vyaçeslav Taran Monakoda təyyarə qəzasında ölüb