Saakaşvilinin bədənində daha bir zəhərli maddə aşkarlanıb

Gürcüstanın həbsdə olan sabiq Prezidenti Mixeil Saakaşvilinin bədənində daha bir zəhərli maddə aşkarlanıb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı onun vəkili Şalva Xaçapuridze yayıb. Bildirib ki, dırnaq analizinin cavabı hələki açıqlanmayıb, lakin telefon danışığı zamanı daha bir zəhərli maddə - arsenium aşkarlandığı bildirilib.

Toksikoloji analizlərin yekun cavabının ABŞ-dan göndəriləcəyi bildirilib. Gürcüstanın insan haqları müvəkkili (Ombudsman) Nino Lomcaria da bu gün Mixeil Saakaşvilini Tbilisidə müalicə aldığı klinikada ziyarət edib. O, jurnalistlərə açıqlamasında Saakaşvilinin səhhətindəki problemlərlə şəxsən tanış olmaq istədiyini qeyd edib.

Qeyd edək ki, daha əvvəl Saakaşvilinin saç nümunələrinin analizi zamanı civə, barium və bismut kimi zərərli maddələrin aşkarlandığı açıqlanıb.

Gürcüstanın üçüncü Prezidenti Mixeil Saakaşvili bu gün dövlət sərhədini qanunsuz keçmək ittihamı ilə məhkəməm qarşısına çıxarılacaq. Onun səhhətindəki problemlərlə əlaqədar hərəkət etməkdə çətinlik çəkdiyi, bu səbəbdən məhkəmə zalına əlil arabasında gətiriləcəyi bildirilir.

Azpolitika.info

ƏVVƏLKİ XƏBƏR

Türklər Gürcüstana axışdı: bu məhsulu almaq üçün... - VİDEO

SONRAKI XƏBƏR

İstanbulda həbs olunan şəxs bölmədə polisin çantasını oğurladı - VİDEO