Ərdoğanın "görüşə bilərəm" dediyi Əsəddən GÖZLƏNİLMƏZ HƏMLƏ - Suriyada yeni dönəm başlayır

Ərdoğanın "görüşə bilərəm" dediyi Əsəddən GÖZLƏNİLMƏZ HƏMLƏ -  Suriyada yeni dönəm başlayır<span class="qirmizi"></span>

 

Suriya ordusu PKK/YPG terrorçularının olduğu Hələb şəhərinin mərkəzinə yanacaq tədarükünü dayandırıb.

Metbuat.az xəbər verir ki, şəhərin mərkəzindəki ərazilərə yanacaq tədarükünün dayandırılması terrorçulara çətinliklər yaradıb. Əsəd rejiminin hansı məqsədlə belə qərar qəbul etdiyi məlum deyil.

Qeyd edək ki, Əsəd rejimi ilə PKK/YPG terrorçuları arasında bir neçə dəfə gərginlik baş verib. Lakin bu dəfə gərginliyin Suriya ilə Türkiyənin münasibətləri bərpa etmək üçün müsbət mesajlar verməsindən sonraya təsadüf etməsi diqqət çəkir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan suriyalı həmkarı Bəşər Əsədlə görüşə biləcəyini istisna etməmişdi.

 

 

Mənbə: metbuat.az