Üzərində soyuq silah gəzdirənlərin NƏZƏRİNƏ - Həbs oluna bilərsiniz

Silah insanların və ölkələrin başqa insana və ya ölkəyə qarşı müdafiə və müqavimət üçün istifadə etdiyi alətdir. Silahlardan həm də özünü müxtəlif yırtıcılardan və təhlükəli obyektlərdən qorumaq üçün istifadə edilir.Bu alətin əsas məqsədi kiməsə və ya nəyəsə zərər vurmaq tutulur. İnsanlar bəzən soyuq silahı üzərində belə daşıya bilir. Bəs hansı hallarda soyuq silah müsadirə oluna bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a hüquqşünas Ramil Süleymanov açıqlama verib.

O bildirib ki,məişətdə işlədilən bəzi alətlər isə cinayət törədildikdən sonra soyuq silah hesab olunur.
"Təyinatı başqa olan əşyalarla insanlar cinayət törədirsə,bu soyuq silahla həyata keçirilən əməl hesab olunur. Bunun da məsuliyyəti var. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228-ci maddəsi qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə nəzərdə tutulub.
Həmin maddəni daha ətraflı aşağıda qeyd edirik:

228.1. Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə—

iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

228.2. Eyni əməllər:

228.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;

228.2.2. təkrar törədildikdə

üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

228.3. Bu Məcəllənin 228.1 və ya 228.2-ci maddələrində nəzərdə tutulmuş əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə

beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

228.4. Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla

üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd edək ki, bu maddədə göstərilən əşyaları könüllü surətdə təhvil verən şəxs, əgər onun əməllərində başqa cinayət əməlinin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad edilir".
AYSEL ƏKBƏR

 

 

Sonxeber.az

ƏVVƏLKİ XƏBƏR

10 manatı gözünüzün qabağına gətirəndə dönər gedib ilişir boğazda...

SONRAKI XƏBƏR

Naxçıvan Dövlət Gömrük Komitəsi ləğv edildi