Polis BBC jurnalistini saxlayıb

Polis BBC jurnalistini saxlayıb<span class="qirmizi"></span>

BBC müxbiri Çində karantin əleyhinə nümayişi işıqlandırarkən polis tərəfindən saxlanılıb.
Sonxeber.az xəbər verir ki bu barədə BBC məlumat yayıb.
"Jurnalistlərimizdən birinin vəzifəsini yerinə yetirərkən hücuma məruz qalması bizi narahat edir" ,- deyə rəsmi BBc qeyd edib.
Məlumatda qeyd olunur ki, BBC müxbiri Ed Lavrens Çində karantin əleyhinə etiraz aksiyasını işıqlandırarkən polis tərəfindən döyülüb və təpiklənib. O bir neçə dəfə saat saxlanılandan sonra buraxılıb.

Böyük Britaniya hökuməti Ed Lavrensi Çin polisinin saxlamasını pisləyib, bunu qəbul edilməz adlandırıb.

Şəbnəm Lətifi

 

 

 

 

 

Mənbə: sonxeber.az