Ərdoğandan Yunanıstan və Fələstin AÇIQLAMASI

Ərdoğandan Yunanıstan və Fələstin AÇIQLAMASI<span class="qirmizi"></span>

"Yunanıstanda müsəlman-türk azlığına qarşı illərdir ədalətsizlik və zülm artmaqdadır".

Publika.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə prezidenti bildirib ki, Yunanıstandakı müsəlman-türk azlığına ana dillərini öyrənməyə icazə verilmir:

"Eyni zamanda, onların kimlikləri inkar edilir. Bu, Kiprdəki türk qardaşlarımızın yaşadığı hüquq pozuntularıdır".

Qardaş ölkənin dövlət başçısı Fələstinlə bağlı Türkiyənin mövqeyindən də danışıb:

 

"Biz 1967-ci il sərhədləri daxilində paytaxtı Qüds olan suveren, azad Fələstin dövlətini dəstəkləyirik. Qüds və Məscidül-Əqsada əlimizdən gələni edirik və edəcəyik. İslam dünyası artıq bu hadisələrə tamaşaçı qalmamalıdır. Türkiyə 3,5 milyondan çox suriyalıya ev sahibliyi etməklə öz qardaşlıq vəzifəsini yerinə yetirdi. Suriya və İraqın ərazi bütövlüyünü qorumaq və terrorun kökünü kəsmək əzmindəyik”.

Tural Turan

Mənbə: publika.az