Azərbaycanın daimi nümayəndəsi Bioloji Silahlar Konvensiyası ilə bağlı konfransda çıxış edib

Azərbaycanın daimi nümayəndəsi Bioloji Silahlar Konvensiyası ilə bağlı konfransda çıxış edib<span class="qirmizi"></span>

Azərbaycanın daimi nümayəndəsi, səfir Qalib İsrafilov Bioloji Silahlar Konvensiyasının fəaliyyətinin nəzərdən keçirilməsi üçün təşkil edilən 9-cu icmal konfransının açılışında çıxış edib.

“Report” xəbər verir ki, Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Cenevrədəki ofisində və digər beynəlxalq təşkilatlarda daimi nümayəndəliyi tviter səhifəsində məlumat yayıb.

“Azərbaycanın daimi nümayəndəsi, səfir Qalib İsrafilov Bioloji Silahlar Konvensiyasının fəaliyyətinin nəzərdən keçirilməsi üçün təşkil edilən 9-cu icmal konfransının açılışında ümumi müzakirələr zamanı Qoşulmama Hərəkatı adından bəyanatla çıxış edib”, - paylaşımda qeyd edilib.

Xatırladaq ki, konfrans noyabrın 28-dən dekabrın 16-dək İsveçrənin Cenevrə şəhərində davam edəcək.

Mənbə: report.az