Kiyev sakinlərinin sayı 20% azalıb

Kiyev sakinlərinin sayı 20% azalıb<span class="qirmizi"></span>

Ukraynanın paytaxtı Kiyevin sakinlərinin sayı müharibədən əvvəlki dövrlə müqayisədə 20% azalıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məlumatı Ali Radanın deputatı Yaroslav Jeleznyak açıqlayıb.

Onun sözlərinə görə, müharibədən əvvəl Kiyevdə 3,7 milyon sakin olub: "Cari payıza olan məlumata görə, Kiyevdə 3 milyon əhali var, onlardan 400 mini digər regionlardan məcburi olaraq paytaxta gələnlərdir. Beləliklə, paytaxt sakinlərinin sayı 700 min nəfər azalıb".

Mənbə: sia.az