Tokayev Rusiya investisiyalarını qoruyacağını açıqladı

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Orenburqda Rusiya və Qazaxıstanın regionlararası əməkdaşlıq forumunun iştirakçılarına videomüraciət zamanı Qazaxıstan hökumətinin respublika iqtisadiyyatına Rusiya investisiyalarını qorumaq üçün bütün tədbirləri görəcəyini bildirib.

"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb .

Tokayevin sözlərinə görə, Rusiyanın Qazaxıstan iqtisadiyyatına investisiyaları hər il artır.

“Biz Rusiya investisiyalarının təhlükəsizliyini təmin etmək və onları iqtisadiyyatımıza mümkün qədər cəlb etmək üçün mümkün olan hər şeyi edəcəyik”, - Tokayev vurğulayıb.

O, əlavə edib ki, iki ölkə bu prosesi sürətləndirərək tədarük zəncirlərini modernləşdirməlidir.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiya Federasiyası Qazaxıstan iqtisadiyyatına ən böyük investor olaraq qalır. Onun sözlərinə görə, Rusiyanın Qazaxıstan iqtisadiyyatına yatırdığı investisiyaların ümumi həcmi 17 milyard dollar təşkil edir.

Putin qazaxıstanlı həmkarını seçkilərdə inamlı qələbəsi münasibətilə də təbrik edib.

Unikal.org

ƏVVƏLKİ XƏBƏR

Bakıda qız dalınca məktəbə gedən şəxs şagirdi bıçaqlayıb - MƏHKƏMƏ

SONRAKI XƏBƏR

Əfqanıstanda qadınlar taekvondo öyrənirlər - VİDEO