İrəvanda Türkiyəyə qarşı təxribat - Öcalanın portretləri ilə...

İrəvanda Türkiyəyə qarşı təxribat - Öcalanın portretləri ilə...<span class="qirmizi"></span>

Ermənistandakı kürdlər Suriyanın şimalında Türkiyənin apardığı antiterror əməliyyatlarına qarşı etiraz aksiyası keçiriblər.

Publika.az xəbər verir ki, bu barədə “Sputnik Armeniya” məlumat yayıb.

“Biz Türkiyə hakimiyyətinin Suriyada və ümumilikdə kürd xalqına qarşı cinayətlərinə qarşıyıq. Türkiyə rəhbərliyinin İstanbulda necə partlayış təşkil etdiyini gördük, sonra da kürdlərin günahkar olduğunu bildirdilər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, bütün kürdlər məhv edilməlidir, terrorçudurlar. Amma dünyanın ən önəmli terrorçuları türklərdir. Türkiyə kimi Azərbaycan da Ermənistana qarşı fəaliyyət göstərir. Bakı hər gün bəyan edir ki, Ermənistan Silahlı Qüvvələri onların mövqelərini atəşə tutur”, - deyə deputat, kürd icmasının rəhbəri Knyaz Həsənov bildirib.

Onun sözlərinə görə, etirazçılar erməni xalqının “müdafiəsi” məsələsini qaldırır, beynəlxalq ictimaiyyəti addımlar atmağa çağırır, lakin dünya yalnız öz maraqlarını qoruyur.

Nümayişçilər Kürdüstan Fəhlə Partiyası (PKK), onun lideri Abdulla Öcalan, Suriya Demokratik Qüvvələri, Xalq Müdafiə Birliklərinin bayraqları ilə İrəvanın mərkəzindən keçiblər. Onlar BMT-nin ofisinə gediblər, binanın qarşısında Türkiyə bayrağını və Rəcəb Tayyib Ərdoğanın fotosunu yandırıblar.

 

 

Akqabay

Mənbə: publika.az