Çində etirazçılar niyə ağ kağız daşıyır? - Maraqlı səbəb / FOTOLAR

Çində etirazçılar niyə ağ kağız daşıyır? -  Maraqlı səbəb  / FOTOLAR<span class="qirmizi"></span>

 

Çində pandemiya ilə bağlı sərt tədbirlərin tətbiqinə qarşı etiraz aksiyaları təşkil edən nümayişçilərin əllərində ağ kağız daşıması diqqət çəkib.

Metbuat.az xəbər verir ki, iki il əvvəl Honqkonqda keçirilən etiraz aksiyalarından sonra Çin hökuməti nümayişlərlə bağlı bir sıra qadağalar tətbiq edib. Şüarların olduğu plakatlar açmaq da qadağan edilib. Nümayişçilər cəzalardan yayınmaq üçün heç bir şüarın yazılmadığı ağ kağızlar qaldıraraq, etirazını bildirir.

Qeyd edək ki, Çinin bir neçə şəhərində aksiyalar keçirilir. Bəzi şəhərlərdə gərginlik yaşanıb.

 

 

Mənbə: metbuat.az