Ukrayna MN Belarusa xəbərdarlıq edib: "Müharibəyə qoşulmaq intihar olar"

Ukrayna MN Belarusa xəbərdarlıq edib: "Müharibəyə qoşulmaq intihar olar"<span class="qirmizi"></span>

“Belarusun Ukraynaya qarşı müharibəyə qoşulmaq cəhdi onun üçün intihar olardı”.

“Report” “Ukrinform”a istinadən xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov deyib.

O bildirib ki, Belarusun guya hücuma hazırlaşdığı barədə məlumatlar xüsusi olaraq yayılır: “Belə saxtakarlıqlar Rusiya üçün sərfəlidir. Beləliklə, təcavüzkar ölkə ukraynalıları qorxutmağa çalışır”.

A.Yusovun sözlərinə görə, Rusiya informasiya və psixoloji müharibənin elementlərindən istifadə edir: “Biz demirik ki, Belarus ərazisindən təhlükə yoxdur. Var. Belarus Prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinə silah-sursat və zirehli texnika ilə kömək edir. Amma yaxın vaxtlarda Belarusun birbaşa quru əməliyyatlarına qoşulması mümkün deyil”.

Mənbə: report.az